Xeyir işlərdə yarışın!
blog
“LIBRAFF” kitab mağazaları və “Kitabgəzər” layihəsi birlikdə ucqar kəndlərdəki uşaqlara kitab çatdırmaq üçün böyük bir aksiyaya start verir!
date 01.03.2025

Orda bir uşaq var, kitabını gözləyir! “LIBRAFF” kitab mağazaları və “Kitabgəzər” layihəsi birlikdə ucqar kəndlərdəki uşaqlara kitab çatdırmaq üçün böyük bir aksiyaya start verir! Mart ayı boyunca “LIBRAFF” filiallarından istənilən kitabı alaraq bu xeyirxah təşəbbüsə qoşula bilərsiniz. Üstəlik, aksiyaya bağışlamaq üçün alacağınız kitablara tərəfimizdən 25% ENDİRİM tətbiq olunacaq! Aksiya çərçivəsində toplanan kitablar aprel ayında “Kitabgəzər” layihəsi ilə birlikdə ucqar kəndlərdəki uşaqlara göndəriləcək. 📍 Aksiya tarixi: 1-31 MART 📍 Məkan: Bütün “LIBRAFF” filialları Uşaqların gələcəyini dəyişmək üçün – BİR KİTAB BAĞIŞLA, MİN ÜMİD YARAT!

Yeniliklərdən xəbərdar olmaq üçün Abonə OL