- Home
- We in the media
- 164 nömrəli məktəbdə ibtidai sinif şagirdləri ilə maraqlı və maarifləndirici görüş.

“Amal Xeyriyyə”nin “KitabGəzər” layihəsi çərçivəsində E. Tağızadə adına 164 nömrəli məktəbdə ibtidai sinif şagirdləri ilə maraqlı və maarifləndirici görüş təşkil olundu. Görüş zamanı yazıçı Amin Oruc uşaqlarla tanış oldu və onlarla birlikdə müxtəlif əyləncəli, eyni zamanda öyrədici oyunlar oynadı. Söhbət əsnasında kitab oxumağın insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulandı. Həmçinin kənd məktəblərində kitabxanaların yaradılmasının vacibliyi və uşaqlara kitab hədiyyə etməyin böyük bir xeyirxah addım olduğu qeyd edildi. Görüş, uşaqlarda kitaba marağın artırılması, paylaşmağın və yaxşılıq etməyin əhəmiyyətinin aşılanması baxımından olduqca faydalı oldu. 📚✨