Tibbi yardım
“Amal” xeyriyyə komandası, həmçinin, aztəminatlı ailələrin xəstəliklərdən əziyyət çəkən üzvlərinin qayğısına qalır. Tibbi yardım üçün müraciət edənin müraciəti rəsmi sənədləri əsasında qeydə alındıqdan sonra araşdırma qrupu tərəfindən ehtiyac sahibi olan ailə ( şəxs ) kimi qiymətləndirilərsə, əməkdaşlarımız tərəfindən klinikalara yönləndirilir. Tibbi yardım bizimlə əməkdaşlıq edən klinikalar, reabilitasiya mərkəzləri, həmçinin könüllü həkimlər tərəfindən təmənnasız və ya xüsusi endirimli qiymətlər əsasında həyata keçirilir.Eyni zamanda müraciət əsasında rəsmi sənədlərlə himayəmizə götürülən ailə (şəxs)dərman vasitələri və digər tibbi ləvazimatlar ilə təmin olunur.