AMAL səfirləri

AMAL ŞƏBƏKƏSİ

"Aqrar Məşğulluğun Artırılması Layihəsi" Azərbaycanda müasir kənd təsərrüfatı yaratmaq istəyən təşəbbüskar, aktiv və həvəsli gəncləri səfir qismində töhfə verməyə çağırır.

AMAL nədir?

Layihənin əsas missiyası gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq və özünüməşğulluq imkanlarının artırılmasından ibarətdir. Əsas məqsədləri məşğulluq səviyyəsini artırmaq, gələcəyin savadlı fermerini hazırlamaq və gənc fermerlərin daha çox innovativ metodlardan istifadə etməsidir.

Həmçinin, layihə çərçivəsində AMAL Şəbəkəsinin yaradılması nəzərdə tutulur, bu məqsəd ilə ölkə üzrə bütün regionlardan AMAL səfirlərinin təyin olunması nəzərdə tutulmuşdur.

Bir şəbəkənin uğurlu inkişafı üçün ən vacib aspekt qarşılıqlı ünsiyyətdir. AMAL Şəbəkəsi də aqrar sahəyə marağı olan gənclərin bilik və informasiya mübadiləsini təmin etmək üçün yaradılmış platformadır. Nəticə olaraq, hədəfimiz bütün təkliflər, ideyalar və biliklərin öz ünvanına çatıb milli səviyyədə dialoqa çevrilməsidir. Gənclərin AMAL-ın təklif etdiyi imkanlardan səmərəli istifadəsi və fəaliyyətində aktiv iştirakı aqrar sahədə gələcək liderlərin formalaşdırılması prosesində böyük addımdır. Müvəffəqiyyətli namizədlər həm onlayn, həm də canlı dialoqa əsaslanan fəaliyyətlərlə məşğul olacaq, öz şəhər və regionlarının gənclərini ölkə daxilində təmsil edəcəklərdir. AMAL Səfirləri üçün əsas

fəaliyyət istiqamətləri gənclər arasında təcrübə mübadiləsi, regionlarda yaşayan gənclərin birbaşa maraqlandırdığı məsələlərin müzakirəsi, ən yaxşı təcrübələri aralarında bölüşməsi və ən əsası regionları və onun ərazisində yaşayan gənclər üçün daha yaxşı və dayanıqlı bir gələcək üçün birlikdə çalışmasıdır.

İlk öncə şəbəkənin səfiri layihə tərəfindən, aqrar sektora marağı olan aktiv gənclər arasından seçiləcəkdir. Səfirin əsas fəaliyyət istiqaməti regionda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzi və Kənd Təsərrüfatı idarələri ilə daimı əlaqədə olaraq, AMAL Şəbəkəsini təmsil etmək, layihəyə dəstək göstərmək, digər AMAL-çılar ilə mütəmadi göruşlər keçirərək, yaranmış çətinliklərin aradan qaldırılmasına qarşılıqlı dəstək göstərməkdir. Eyni zamanda, Səfir regionlarda AMAL şəbəkəsini təbliğ edərək, gənclərin aqrar sahəyə maraqlarını artırmaq və kənd təsərrüfatı ilə bağlı ictimai tədbirlərə cəlb etmək kimi vəzifələr daşıyacaqdır.

Şəbəkə Səfirlərin seçilməsi, AMAL layihəsinin genişləndirərək ictimailləşdirməsində və gənc nəsil fermerlərin formalaşmasında mühüm rol oynayır.

Son müraciət tarixi 10 iyun saat 23:59-dur!



ƏRİZƏ FORMASI

ŞƏXSİ MƏLUMATLAR

AMAL Səfiri ol!