Amal Xeyriyyə Cəmiyyətindən Sumqayıt məktəblilərinə çağırış!
Əziz Sumqayıt məktəbliləri, əyləncəli və maraqlı kitablar oxuyaraq mükafat qazanmaq istəyirsinizsə, “VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonu”na qoşulmağa tələsin!
📣 Marafonun şərtləri:
- İştirakçılar:Yalnız Sumqayıtda yerləşən məktəblərin 9–12 yaşlı şagirdləri iştirak edə bilər.
- Əlaqə: İştirakçılar marafonun rəsmi Telegram kanalına qoşulmalıdırlar. Bu kanalda kitablar və tədbirlər, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.
- Oxu müddəti: Təyin olunmuş kitablar 2025-ci ilin avqust ayının 20-dək iştirakçılar tərəfindən oxunmalıdır.
- İmtahan: İmtahan iki mərhələdən ibarət olacaq. Suallar təyin olunmuş 6 kitab əsasında hazırlanacaq.
- Mükafatlar:
- 🥇 Birinci yer: 1000 AZN
- 🥈 İkinci yer: 500 AZN
- 🥉 Üçüncü yer: 300 AZN
- 📚 Digər 7 yerin qalibi isə müxtəlif hədiyyələr qazanacaq.
📖 Oxunmalı kitablar:
1. Rövşən Abdullaoğlu – “Baramada gizlənən oğlan”
2. Aynur Cavid, Cəmilə Məmmədli – “Müəllim Bilgə”
3. Mürşüd İsmayılzadə – “Yada daşı”
4. Amin – “Qorxulu meşəyə kim gedə bilər”
5. Əziz Sultan – “Kapsul”
6. Pərviz Seyidli, Elgüsel Günel Məcidova – “İçərişəhərin gizli sakini”