- Ana səhifə
- Necə işləyirik
AMAL Xeyriyyənin əsas prinsipi quruma verilən ianələrin və həvalə edilən xeyriyyə işlərinin həqiqi ehtiyac sahiblərinə çatdırılmağının təmin edilməsidir. Bundan ötrü qurumumuz maliyyə və insan resurslarından və könüllülərimizin təmənnasız xidmətlərindən sistematik istifadə edə bilmək üçün müxtəlif funksional komandalar formatında fəaliyyət göstərir. Qəbul şöbəmiz, araşdırma qrupumuz, mühasibatlıq şöbəmiz, media qrupumuz və müxtəlif sahələrdə xeyriyyə fəaliyyətimizi həyata keçirən layihələr fəaliyyətimizin strukturunu təşkil edir. İşimizi yerinə yetirmək üçün əsas prinsiplər və əməliyyatlar ardıcıllığı mövcuddur. Müraciət edən ailələrdə nəzərə aldığımız əsas kriteriyalar ailə başçısı olmayan və ya ailədə işləmə qabiliyyəti olmayan şəxslərin olmasıdır. Ehtiyaclı müraciət edəndən sonra sistemə ərizəsi daxil edilir və əsas məlumatlar dəqiq şəkildə ərizədə öz əksini tapır. Daha sonra idarə heyəti tərəfindən müzakirə olunur. Qərarımızı hər zaman şəffaf şəkildə verməyə diqqət edirik. Əgər kriteriyalara uyğundursa, təsdiq cavabı ilə birlikdə ailə ziyarəti olunur. Araşdırma qrupumuz ailə ziyarəti etdikdən sonra yenidən idarə heyyəti tərəfindən müzakirə olunur. Bu mərhələlərdən sonra yekun qərar təsdiq olunsa, ailəyə müraciət etdiyi yardım növü üzrə dəstək göstərilir. Burada əsas məqsədimiz ianəçilərimizin etdiyi yardımların həqiqiqətən də ehtiyaclı olan insanlara çatmağını təmin etməkdir.