- Ana səhifə
- Mediada biz
- 55 yeni kitabxana

Kapital Bank-ın və Qırmızı Ürəklər Fondu"nun dəstəyilə ölkəmizin 29 şəhər və rayonlarında 55 kənd məktəbində müxtəlif bədii kitab nümunələrindən ibarət "Kitab Gəzər" kitabxanası formalaşdırılıb. 25 may-14 iyun 2023-cü il tarixləri aralığında baş tutan səfərlərdə hər iki komandanın könüllüləri, uşaq nəşriyyatlarının rəhbərləri və kitab müəllifləri iştirak etmiş, məktəblilər ilə faydalı vaxt keçiriblər.
Layihə çərçivəsində 55 kənd məktəbinə ümumilikdə 2750 ədəd kitab hədiyyə edilib. Bədii ədəbiyyat nümunələrindən ibarət olan "Kitab Gəzər" kitabxanaları kənd məktəbləri, uşaq evi, sığınacaqlar, cəzaçəkmə müəssisələri, regionlardakı icma mərkəzləri və s. kimi yerlərdə formalaşdırılmaqdadır.