- Ana səhifə
- Layihələrimiz
- Təhsilə davam

“Amal” xeyriyyə olaraq, məqsədimiz maddi çatışmazlıqla üzləşən, lakin yüksək potensiala sahib olan gənclərin - həm qızların, həm də oğlanların təhsilə çıxış imkanlarını artırmaqdır. Layihə çərçivəsindəq 2 ildir ki, “Təhsilə davam” layihəmiz uğurla fəaliyyət göstərir.
Layihə çərçivəsində:
Yalnız rayon və kənd məktəblərində təhsil alan;
10 və 11-ci siniflərdə oxuyan;
9-cu sinif buraxılış imtahanında 180-dən çox bal toplamış abituriyentlərə dəstək göstərilir.
Təqdim olunan dəstək aşağıdakı istiqamətləri əhatə edir:
✅ Repetitor xərclərinin qarşılanması;
✅ İxtisas seçimi ilə bağlı peşəkar yönləndirmə;
✅ İmtahan stresinin idarə olunması üçün psixoloji dəstək.
“Təhsilə davam” layihəsi, hər bir gəncin təhsilini davam etdirməsinə, öz potensialını üzə çıxarmasına və yüksək nəticələrə nail olmasına şərait yaradır.