Xeyir işlərdə yarışın!
project
  • calendar
    Tarix:
    22 Fevral, 2020
  • location
    Yer:
    Bakı
  • category
    Kateqoriya:
    Təhsil
Qızlar oxusun

“Amal” xeyriyyənin təşəbbüsü ilə 2020-ci ildən etibarən həyata keçirilən “Qızlar oxusun” layihəsinin əsas məqsədi, kənd yerlərində yaşayan, sosial və iqtisadi cəhətdən həssas kateqoriyaya aid olan məktəbli və tələbə qızların təhsilə çıxış imkanlarını genişləndirmək, onların şəxsi və peşəkar inkişafına dəstək verməkdir.

Layihə çərçivəsində “Məktəbli qızların təhsilinə dəstək” təqaüd proqramı icra olunur. Bu proqram yalnız kənd məktəblərində təhsil alan, yüksək potensiala malik və maddi çətinliklərlə üzləşən abituriyent qızlar üçün nəzərdə tutulmuşdur. Məqsəd bu qızların ali təhsil imkanlarına çıxışını asanlaşdırmaqdır.


Proqram çərçivəsində təqdim olunan dəstək mexanizmləri:

   10-11-ci sinif şagirdlərinin repetitor xərclərinin qarşılanması;   Fərdi psixoloji dəstək, mentorluq və karyera məsləhəti xidmətlərinin göstərilməsi;   Məktəbli çantaları, geyim (zəruri hallarda) və dəftərxana ləvazimatları ilə təminat;   Könüllü müəllimlərin iştirakı ilə onlayn hazırlıq dərslərinin təşkili.


2. Tələbə qızlar üçün dəstək mexanizmləri

Ali məktəb və kolleclərdə təhsil alan, sosial cəhətdən həssas tələbə qızların akademik və karyera inkişafını təşviq etmək məqsədilə aşağıdakı istiqamətlərdə dəstək göstərilir:

   Aylıq təqaüdlərin ayrılması;   Kompüter və planşetlərlə təminat;   Psixoloji dəstək, karyera məsləhətləri və mentorluq xidmətləri.


3. Şəxsi və peşəkar inkişaf proqramları

Tələbə qızların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, onların rəqəmsal biliklərini genişləndirmək və liderlik bacarıqlarını gücləndirmək üçün mütəmadi olaraq təlimlər və inkişaf proqramları təşkil edilir. Bu proqramlara daxildir:

   “Tələbə Qızların şəxsi və karyera inkişafı proqramı”;   “Xaricdə mən” (beynəlxalq təhsil alma imkanı ilə tanışlıq);   “Gələcəyin layihə meneceri ol” (layihələrin idarə olunması üzrə praktiki təlim);   “Qızlar əyişiklik edir: Data analitika”;   “Qızlar dəyişiklik edir: SQL”.

Yeniliklərdən xəbərdar olmaq üçün Abonə OL