- Ana səhifə
- Layihələrimiz
- Könüllü müəllim layihəsi
_Монтажная область 1.png)
Sumqayıt ərazisindəki “AMAL” a müraciət edən ailələrin övladlarının qəbulu
Sınaq və imtahan nəticələrinin dəyərləndirilməsi
Kar yera üzrə məsləhət xidməti
Ödənişsiz təhsil və peşə seçiminə istiqamətləndirmə
Himayəmizdə olan ailələrlə yanaşı, onların övladları da “Amal” xeyriyyə üçün xüsusi dəyərə malikdir. Uşaqların təhsilinə dəstək məqsədilə artıq bir neçə ildir ki, “Könüllü Müəllim” layihəsini uğurla həyata keçiririk. Layihə çərçivəsində ibtidai sinif və 9-cu sinif də daxil olmaqla, şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə dərslər könüllü müəllimlər tərəfindən tədris olunur. Hazırda 50-yə yaxın şagird bu layihədən faydalanaraq müntəzəm təhsil alır. Hər ayın sonunda şagirdlərin bilik səviyyəsini qiymətləndirmək məqsədilə sınaq imtahanları təşkil olunur. “Amal” üçün təhsil prioritet istiqamətlərdən biridir. İnanırıq ki, dayanıqlı və real dəyişiklik yalnız təhsillə mümkündür. Məqsədimiz – maddi imkanlarına görə təhsil seçimlərindən kənarda qalan uşaqlar üçün bərabər imkanlar yaratmaqdır.