Amal.Az | Tikinti materialları ucuzlaşıb

Tikinti xəbərləri »

20.11.2014 - Tikinti materialları ucuzlaşıb

Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5.4 faiz azalıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 6.4 faiz, metal filizlərinin hasilatı üzrə 1.8 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,2 faiz bahalaşıb.
Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,3 faiz, kağız və karton istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,8 faiz, poliqrafiya fəaliyyəti və həmçinin, tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz ucuzlaşıb.

Maşın və avadanlıqlardan başqa, hazır metal məmulatlarının istehsalı üzrə 2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 1,5 faiz, metallurgiya sənayesi üzrə 1,4 faiz, kimya sənayesi üzrə 1,3 faiz, geyim istehsalı üzrə 0,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı və həmçinin, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,7 faiz, qida məhsullarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.