Amal.Az | Üç ayda aparılan tikinti işlərinin həcmi və məbləği açıqlandı

Tikinti xəbərləri »

20.11.2014 - Üç ayda aparılan tikinti işlərinin həcmi və məbləği açıqlandı

Dövlət Statistika Komitəsi bu ilin birinci rübündə aparılan tikinti ilə bağlı məlumat yayıb.

Lent.az-ın verdiyi məlumata görə, yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 2,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,1 faiz çox vəsait yönəldilib, bu vəsaitin 68,2 faizi daxili mənbələr hesabına təmin edilib.

Sərf edilmiş sərmayələrin 56,4 faizi məhsul istehsalı, 43,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 64,7 faizini təşkil edib.

Bu ilin birinci rübü ərzində Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 370,7 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 2378 şagird yerlik ümumtəhsil məktəbləri, 317 yerlik məktəbəqədər təhsil müəssisələri, 584 yerlik klub və digər obyektlər istifadəyə verilib.