Amal.Az | Tikinti nə vaxt yekunlaşacaq?

Tikinti xəbərləri »

20.11.2014 - Tikinti nə vaxt yekunlaşacaq?

Söhbət Quba Soyqırım Memorial Kompleksinin tikintisindən gedir

Quba Soyqırım Memorial Kompleksinin tikintisi bu ilin may ayınacan başa çatacaq. Bu barədə Lent. az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. Q. Ağayev indiyə qədər abidə kompleksinin tikintisinin yekunlaşmamasını Qubadakı kəskin soyuq hava şəraiti ilə izah edib.

Onun sözlərinə görə, bu kompleks təkcə Quba soyqırımı üçün nəzərdə tutulmayıb. Gələcəkdə kompleksin adından Quba sözü götürüləcək və “Soyqırım Memorial Kompleksi” olacaq.

Qeyd edək ki, kompleksin tikintisi 2010-cu il may ayından başlayıb.