Amal.Az | 4 dövlət Azərbaycan qazının qəbulu üçün qaz kəmərləri tikintisi üzrə memorandumu imzalayıb

Tikinti xəbərləri »

20.11.2014 - 4 dövlət Azərbaycan qazının qəbulu üçün qaz kəmərləri tikintisi üzrə memorandumu imzalayıb
Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina hökumət nümayəndələri Transadriatik ("Trans Adriatic Pipeline" - TAP) və İon-Adriatik ("Ionian Adriatic Pipeline" - IAP) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayıb. 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Monteneqro XİN məlumat yayıb.

 Memorandum mayın 23-də Tiranada imzalanıb. Tərəflər qaz kəmərləri layihələrinin inkişafına, maliyyələşməsinə və reallaşmasına yardım etmək, Azərbaycan və Xəzər regionundan qazın qəbulu üçün daxili bazarları hazırlamaq barədə öhdəlik götürüb.     

 “İştirakçı dövlətlər TAP və IAP layıhələrinə tam dəstəyini ifadə ediblər, bununla da Avropa Birliyinin Avropaya qaz tədarükünün diversifikasiyası və təhlükəsizliyinin təmin olunması məqsədlərinə sadiq olduqlarını bəyan ediblər” - deyə, məlumatda bildirilir.