Xeyir işlərdə yarışın!
service
Ərzaq dəstəyi
“Amal xeyriyyə” nin aztəminatlı ailələrə ( şəxsl...
service
Təhsil
“Amal” xeyriyyənin təşəbbüsü ilə həyata keçirilən...
service
Tibbi yardım
“Amal” xeyriyyə komandası, həmçinin, aztəminatl...
Haqqımızda
Biz kimik?
about-1

2012-ci ildən fəaliyyətə başlayan AMAL Xeyriyyə fərqli peşə sahiblərinin xeyriyyəçilik məqsədilə könüllülük prinsipi əsasında xidmət göstərməyi üçün yaradılmışdır. Məqsədimiz ailə başçısını və ya əmək qabiliyyətini itirmiş ehtiyaclı insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, cəmiyyətə xeyriyyə fəaliyyətini aşılamaqla sosial öhdəlik anlayışının təşviqi, tarixdə xeyriyyəçilik irsi qoymuş böyük şəxsiyyətlərin xeyriyyəçilik təcrübəsini yaşadaraq mənəvi dəyərlərimizin qorunmağı, xeyirxahlıq ənənələrimizi davam etdirmək və ümumilikdə xeyirli işlər görməkdir.     Bizə müraciət edən ehtiyaclı insanlar araşdırıldıqdan və himayəyə götürüldükdən sonra ehtiyaclarına müvafiq olaraq ərzaq, tibb, təmir, təhsil və digər sahələrdə yardım göstərilir. Bu yolda bizimlə könüllülər və xeyriyyəçilərin çiyin-çiyinə addımlaması məqsədimizə nail olmaqda bizə yardım edir. Müxtəlif sahələrdə yaranan ehtiyaclarla bağlı fərqli peşə sahibləri peşəsindən və əlindəki imkanlardan istifadə edərək təmənnasız xidmət göstərirlər. 

about-1

NECƏ İŞLƏYİRİK ?

AMAL Xeyriyyənin əsas prinsipi quruma verilən ianələrin və həvalə edilən xeyriyyə işlərinin həqiqi ehtiyac sahiblərinə çatdırılmağının təmin edilməsidir. Bundan ötrü qurumumuz maliyyə və insan resurslarından və könüllülərimizin təmənnasız xidmətlərindən sistematik istifadə edə bilmək üçün müxtəlif funksional komandalar formatında fəaliyyət göstərir. Qəbul şöbəmiz, araşdırma qrupumuz, mühasibatlıq şöbəmiz, media qrupumuz və müxtəlif sahələrdə xeyriyyə fəaliyyətimizi həyata keçirən layihələr fəaliyyətimizin strukturunu təşkil edir. 

about-1

KİMƏ KÖMƏK EDİRİK ?

Qurumumuza yardım üçün edilən hər bir müraciətə tamamilə fərdi qaydada yanaşılır. Müraciətlər ilkin şifahi sorğudan sonra araşdırma qrupuna yönləndirilir. Ailə başçısını itirmiş, əmək qabiliyyəti olmayan və ya hər hansı digər səbəblə gəlirləri və xərcləri fonunda araşdırma qrupu tərəfindən ehtiyaclı kimi qiymətləndirilən ailələr və ya şəxslər “AMAL Xeyriyyə”-nin himayəsinə götürülür.  

about-1

NƏ İLƏ KÖMƏK EDİRİK ?

Qurumumuz himayəsində olan ailələrin müxtəlif problemlərini həll etmək və müxtəlif sahələrdəki ehtiyaclarını qarşılamaq üçün ayrı-ayrı layihələrlə fəaliyyət göstərməkdədir. Ailələrin ehtiyaclarına fərdi yanaşmaqla onların ərzaq, tibbi, təhsil, kommunal və təmir ehtiyaclarının qarşılanması üçün onlara yardımların çatdırılmağını təmin edirik. Sadaladığımız yardımları verilən ianələr və bizə qoşulan könüllülərin təmənnasız mal və xidmətləri ilə həyata keçiririk. 

about-1

NECƏ KÖMƏKLİK EDİRİK ?

Araşdırma qrupunun səmərəli fəaliyyəti nəticəsində ianələr yalnız real ehtiyac sahiblərinə çatdırılır. Müraciət edənlər yalnız araşdırmanın nəticəsindən asılı olaraq himayəyə götürülür. Yardım üçün edilən müraciətlər (sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlə) araşdırma qrupuna yönləndirilir. Araşdırma qrupunun üzvləri qeyd edilən ünvanlara getməklə xüsusi anket vasitəsilə müraciət edənin ailə vəziyyətini, sağlamlıq və yaşayış durumunu, aylıq gəlir və xərclərini – ehtiyaclılıq səviyyəsini müəyyən edərək müzakirəyə çıxarır. Qərar vermək üçün kifayət qədər məlumat olmadığı təqdirdə və ya şübhəli hallarda müraciət edənin yenidən araşdırılmağı tələb olunur. Araşdırma qrupunun təcrübəli üzvləri və bütövlükdə jüri gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən müzakirələr aparır. Müzakirələrin nəticəsi kimi ehtiyaclılar səs çoxluğuna əsasən himayəyə götürülürlər. Himayəmizdə olan ailələr 3 aydan bir yenidən araşdırılır. İlkin araşdırıldığı dövrlə nisbətdə yaşayış səviyyəsi yaxşılaşmış, gəlirləri artan və (ya) xərcləri azalan ehtiyaclıların himayəmizdə qalması ilə bağlı qərar verilir. Beləliklə, ianələrin həqiqi ehtiyaclılara çatdırılmağının davamlılığını bu fəaliyyətimizlə təmin edirik. 

Komandamız

“Amal” xeyriyyənin fəaliyyətinə dəstək olan İdarə heyyətinin üzvləri

team-1
Vüsal İmanov
Təsisçi, İcraçı direktor
team-1
Rüfət Mirzəyev
İdarə heyətinin sədri
team-1
Hidayət Cəbrayılov
Maliyyə müşaviri
team-1
Könül Bəkirova
İdarə heyətinin üzvü
team-1
Fəridə Əliyeva
Ailələrlə iş üzrə koordinator
team-1
Aqaşova Nigar
Qrafik dizayner, SMM
team-1
Lalə Hüseynli
Maliyyə, mühasibat və statistika üzrə menecer
team-1
Səidə Əlizadə
Təhsil Layihələri üzrə kurator
team-1
Elen Babakişiyeva
“Təhsilə davam” layihəsinin rəhbəri
Könüllülər

“Amal” xeyriyyənin fəaliyyətinə dəstək olan könüllülər

image

Rəşad İmanov

Könüllü
image

Zeynab Aliyeva

Lorem Ipsum
image

Hasan Rashidov

Lorem Ipsum
image

Leyla Mammadova

Lorem Ipsum
Əsas AMAL-ımız
“Amal Xeyriyyə” olaraq sosial və humanitar məqsədlər üzrə fəaliyyət göstəririk. Əsas məqsədimiz ictimai fayda və insanların yaşama keyfiyyətini yaxşılaşdırmaqdır. Ailə başçısını və yaxud əmək qabiliyyətini itirmiş insanlara müxtəlif sahələrdə (bunlar sağlamlıq, təhsil, gündəlik tələbat və s. ola bilər) yardım dəstəyi edirik. İanəçilərimiz və könüllülərimiz missiyamızı həyata keçirməkdə ənənəvi və aktiv rola malikdirlər. Onların dəstəyi bir çox layihə və proqramların başa çatdırılmasında bizə güc verir.
32655+ Ərzaq dəstəyi (ailə)
4220+ Əşya və təmir-tikinti (ailə)
3228+ Tibbi dəstək (şəxs)
420+ Təhsil Dəstəyi
337+ Məktəbli seti, geyim dəsti
Partnyorlar

“Amal” xeyriyyənin fəaliyyətinə dəstək olan partnyorlar

Subscribe to stay updated