Əməkdaşlıq

Azərbaycan ilə FAO arasında imzalanmış Tərəfdaşlıq Proqramı ölkəmizlə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib. Bu Proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər. AMAL - Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən layihələrdən biridir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatıdır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycanın kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.




AMAL Səfiri ol!