Bloq

Zeynal Məmmədov

Biznes nədir, necə qurmaq olar və ən əsası necə fəaliyyət göstərməlidirki hər zaman uğurlu və gəlirli bir sahəyə çevrilsin.Universitet illərində müəllimlərimizin böyük bizneslər haqda söylədiyi fikirlər,müdrik insanlardan çəkdiyi statlar və bəzi iri müəssələrin ilk əvvəlinin məhz kiçik bir fəaliyyətdən başlayib sonra çiçəklənmə mərhələsi keçib böyük müəssələrə çevrilməsini eşidəndə bizim üçün nə qədər maraqlı olsada bir o qədərdə yuxu kimi görünürdü.Bütün bunlar məndə biznes idayasinin formalaşmasının təməlini qoymuşdu.Ən enerjili vaxtlarımda işləyib kimlərinsə böyük pullar qazanmasına köməklik etməkdənsə öz biznesimi qurub özüm üçün qazanmaq istəyirdim.Lakin hələdə hardan başlamaq necə etmək lazım olduğun haqda tam biliklər əldə etməmişdim.Öz kiçik təsərrüfatimla məşğul olur hər zaman axtarış edib sinaqdan uğurla keçmiş gedişləri öz biznesimə tətbiq etməyə çalışırdım.Əvəldə qatılmış olduğum “ Biznesin İdarə Edilməsi və İnkişafı” təlimləri mənə gələcək üçün böyük tovhələr verirdi.Düşünürdümkü görəsən məndə nə zamansa öz biznesimi qura biləcəm.Nəhayət illərdi gözlədiyim bir xəbəri oxudum. AMAL (aqrar məşğulluğun artırılması layihəsi) regionlarda yaşayan gənclərin aqrobiznes ideyasinin həyata keçirmələri üçün onlara dəstək göstərir. Layihənin əsas məqsədi, gözləntiləri, gənclərə yaradilacaq imkanlar və kompleks dəstək mexanizləri haqda məlumat oxuduqdan sonda məndə öz amalıma AMAL layihəsi ilə çatmaq istədim.Bunun üçün elektron qaydada müraciət etdim.Minlərlə gənc arasında seçilmiş şanslılardan oldum. Sonra məlumat verdikləri vaxta təlimlərə qoşulduq.Peşəkar təlimçilərdən əldə etdiyimiz bilik və bacarıqlar bizi dahada təkminləşdirdi. Artıq qurmaq istədiyimiz bizneslerin tanıtımını, inkişaf yollarini, idarə edilməsini, bütün mümkün imkanlarımızı və risklərimizi hesablaya bilirik.Mənim qurmaq istədiyim 4 nəfər sahibkardan ibarət olacax ətlik və südlük maldarlıq təsərrüfatı olacaqdır. Bunun üçün bütün gücümüzü səfərbər etmişik.Artiq öz biznesimizə ad belə düşünmüşük.TƏZƏMAL ƏT və SÜD məhsulları adı altında öncə yerli bazara daha sonra istehsal qabiliyətimizi artırıb xarici bazarlara çıxmaq, ölkəmizi xarici bazarlarda təmsil etməyi düşünürük. Biznes ağıllı gedişləri sevir.Sizde ağılınzı istifadə edərək öz uğurlu biznesinizi AMAL - la qura bilərsiniz.

AMAL Səfiri ol!