Bloq

Sərxan Hacıyev

Bir neçə müddət əvvəl sosial şəbəkələrin birində gəncləri yeni bir istiqamətə - kənd təsərrüfatına istiqamətlənməsini hədəf götürən bir elan diqqətimi çəkdi. göstərilən sayta daxil oldum, profili oxudum və daha sonra qeydiyyatdan keçdim. Bir müddət sonra isə müxtəlif maillar aldım - “AMAL” layihəsinin təqdimatında iştirakla bağlı, daha sonra təklif hansı ki orada çıxış etməklə bağlı, daha sonra biznes təlimləri üçün seçilmək, iştirak etmək, daha sonra isə XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakçısı olduğum layihəni sərgi iştirakçılarına təqdim etmək üçün. Demək ki mənim gənc olaraq məlumatımın pilot olaraq digər seçilmiş rayonların bir çox gəncindən artıq olması, belə bir yaxşı hərəkatın sıralarında olmaq imkanını mənə qazandırdı. Indi isə daha önəmli detala toxunmaq istəyirəm hansı ki mən layihənin ən mühüm nailiyyətini onda görürəm ki bu layihə vasitəsilə aqrar sahəyə marağı olan gənclərin təşkilatlanması prosesi vüsət almağa başlayır. Bütün bu proseslərin fonunda gördüm ki mənim kimi 200 nəfər həmin layihə çərçivəsində təlimlərdə iştirak edir. Bu gün ümumiyyətlə təşkilatlanma aktual məsələ olmaqla yanaşı xüsusilə gənclərin belə “AMAL” uğrunda təşkilatlanması, onların aqrar sahədə biznes subyektinə çevrilməkdə istər təlimlərlə, mentorlarla, maliyyəyə çıxış imkanlarını asanlaşdırmaqla və s istiqamətlərdə dövlətin dəstəyini arxalarında hiss etməsi və bir biri ilə əməkdaşlığa sövq edilməsinə hesablanan addımlar onların müsbət fəaliyyət ətrafında təşkilatlandırılmasının nə dərəcədə müsbət nəticələri olacağını proqnozlaşdırmağa əsas verir. “AMAL” mənim kimi xəyallarında biznes ideyaları ilə dolaşan, məqsədlərinə çatmaq üçün müasir təcrübəni öyrənən, innovativ ideyası olan gəncləri birləşdirən dəyərdir. Bu dəyərin hər kəsə çatması üçün
1) MƏLUMATLI olaq
2) Özümüzü İNKİŞAF etdirək
3) “AMAL”da birləşək!

AMAL Səfiri ol!