Bloq

Naibə Şabanova

Aqrar sahə həmişə diqqətimi cəlb edən və marağımda olan sahə olub. Ailəm və həmçinin özüm müxtəlif kənd təsərrüfatı sahələri ilə məşğul oluruq. Əkinçilik və maldarlıq isə əsas məşğul olduğumuz sahələrdəndir. Hazırda kənd təsərrüfatı məhsullarına tələbat genişdir və həmişə bu sahədə biznes qurmaqla həm özümə, həm də digər insanlara fayda verə biləcəyimi düşünmüşəm. Ancaq bunu necə və hansı yolla edə biləcəyim barəsində aydın fikirlərim yox idi; AMAL layihəsi haqqında eşidənə qədər. Bu layihənin əsas məqsədi kənd yerlərində məşğulluğun artırılmasına xidmət etməklə, gənclərin aqrar sahəyə olan marağını daha da artırmaqdır. Layihəyə qeyd olunan sahədə öz bizneslərini qurmaq istəyən gənc xanımların da müraciət edə bilməsi məni çox sevindirdi və biznesimi məhz bu sahədə qurmağıma daha da həvəsləndirdi. Mən və mənim kimi bir neçə bu sahədə biznesini qurmaq istəyənlər özümüzü həmin gənclər sırasında görmək istədik və qrup halında layihəyə müraciət edərək qeydiyyatdan keçdik. Seçilərək təlimlərə qatılmağımız bizim potensialımızı daha da artırdı. Bu təlimlərdə bizə marketinq, biznes ideyası və planı qurulması kimi bizensin əsasını təşkil edən məlumatlar öyrədildi. Biz özümüzə ən yaxın və marağımızda olan biznes ideyasnı- maldarlığı seçdik. Keçirilən təlimlərin keyfiyyətinə və bu proses zamanı bizə göstərilən düzgün istiqamətlərə əsaslanaraq inanırıq ki, aldığımız biliklərdən, bu layihənin verdiyi imkanlardan yararlanaraq öz biznesimizi düzgün istiqamətdə qura biləcəyik.

AMAL Səfiri ol!