Bloq

Nərgiz Abbasova

Kənd təsərrüfatına olan həvəsim ailəmdən irəli gəlir, yəni ata-babalarım təsərrüfatla məşğul olublar. Mənim də kiçik ailə təsərrüfatım var. Bu sahəni genişləndirmək istəyirdim və bu münvallada internetdə axtarış etdim. Yeni bir layihə ilə tanış oldum. Bu layihə AMAL adlanır. AMAL layihəsi ilə ətraflı maraqlanıb onlayn qeydiyyatdan keçdim. Aprel ayının sonlarında bizə dövlətimiz tərəfindən maliyyələşdirilən "öz biznesinə başla və təkmilləşdir" başlığı altında təlimlər keçirildi. Təlim zamanı müəllimlər bizi biznes planı nece qurmalı, gələcəkdə necə uğurlu gənc sahibkar olacağımız barədə məlumatlandırdılar. AMAL-ın dəstəyi ilə heyvandarlığın əsas sahələrindən olan qoyunçuluqla məşğul olmaq istəyirəm. Təbii, keyfiyyətli ət ve pendir məhsulu istehsal edərək ölkə iqtisadiyyatına azda olsa qatqım olsun istəyirəm. Fermer təsərrüfatımdan bir neçə ailə yararlanacaq. Bu da o deməkdir ki, bir neçə insan işlə təmin olunacaq. AMAL mənim üçün biz gənclərin aqrar sektorla bağlı qurmuş olduğumuz xəyalların gerçəkləşməsi üçün yaradılmış uğurlu layihədir. Bunun üçün əlbəttə biz gənclərə göstərdiyi qayğı ve diqqətə göre dövlet başçımız İlham Əliyevə və Kənd Teserrüfatı naziri İnam Kərimova borcluyuq.

AMAL Səfiri ol!