Bloq

İlkin Novruzov

Kiçik yaşlarımdan kənd təsərrüfatı sahəsinə marağım olub. Ailəm özü kənd təsərrüfatıyla məşğul olurdu və mən də onlara kömək etməklə bu sahədə fəaliyyətimi artırmağa çalışmışam. Hazırda maldarlıqla məşğul oluram və bu sahəni genişləndirməklə öz biznesimi qurmaq, uğurlu bir sahibkar olmaq arzsundayam. Mənimlə birgə tanıdığım bir neçə gənc var ki, onlar da bu sahədə öz fəaliyyətlərini genişləndirmək istəyirlər. Bu arzumuzu necə reallaşdıracağımız barəsində müxtəlif yollar fikirləşsək də tam bir nəticəyə gəlib çıxa biləməmiş və bu biznesi qura biləcəyimizə inamımızı itirmişdik. AMAL layihəsi ilə tanış olduqdan sonra isə inamsızlıq barəsindəki fikirlərimiz köklü şəkildə dəyişdi. Ətraflı məlumat əldə etdikdən sonra öyrəndik ki, bu layihə elə bizim kimi kənd yerlərində yaşayan və və aqrar sahəyə marağı olan, bu sahədə öz bizneslərini qurmaq istəyən gənclərə dəstək göstərir, onlar arasında sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir. Bu layihənin elə bizim arzusunda olduğumuz biznesimizi həyata keçirməyimizdə bizə dəstək göstərəcəyinə inanaraq layihə üçün qrup halında qeydiyyatdan keçdik. Bizimlə yanaşı müraciət edən digər gənclər arasından seçiləmyimiz isə bizi daha da ruhlandırdı. Sonra isə qabaqcıl təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak etməyimizə şərait yaradıldı. Təlim prosesində biznesimizi inkişaf etdirə biləmyimiz üçün bizə müxtəlif yolların öyrədilməsi, biznes ideyamızın genişləndirliməsi və ondan necə gəlir əldə edə biləcəyimizin öyrədilməsi, xüsusən də hər bir təlim iştirakçısına fərdi formada yanaşılması bizi bir daha əmin etdi ki, bu layihə hər bir gəncin öz biznesini qurmaq istəyinin reallaşdırılmasında həqiqətən də maraqlıdır. Məqsədim AMAL layihəsinin biz gənclərə yartdığı müsbətyönümlü imkanlardan yararlanaraq təlimlərdən aldığım bilikləri öz biznesimdə tətbiq edərək ondan faydalanmaqdır.

AMAL Səfiri ol!