Bloq

Nuriyyə Əmiraslanova

Kənd təsərrüfatı ilə məşğul olan bir xanım kimi həmişə istəmişəm ki, bu sahədə olan fəaliyyətimi artıraraq öz biznesimi qurum və uğurlu bir sahibkar olum. Ancaq bu işin tam olaraq necə qurulmasının dərinliklərinə demək olar ki, bələd deyildim. Həm də bu işi edə biləcəyimə inananlar çox az idi və həmçinin özümdə də tam bir özgüvən yox idi. Ancaq müəyyən müddət sonra məndə özügüvən yaratmağı bacaran və öz biznesimi qurmaq istəyimin sadəcə bir istək olaraq qalmayacağınına inandığım bir layihə- AMAL layihəsi haqqında eşitdim. Layihənin məqsədləri və ondan gözlənilən nəticələr haqqında öyrəndikdə isə fikirləşdim ki, məhz beynimdə qurduğum və reallaşdırmaq istədiyim biznesimi bu layihə əsasında həyata keçirə bilərəm və bu biznesi qurmaqla gözlənilən nəticələri doğrulda bilərəm. Elektron formada qeydiyyatdan keçdim və gənclər arasından seçildikdən sonra isə biz gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirilməsinə, biznes ideyamızın təkmilləşməsinə, onu hansı yöndə qura biləcəyimizə xidmət edən təlimlərdə iştirak etdim. Təlimlərin yekununda artıq hər birimizin biznesimizi necə və hansı istiqamətdə quracağımız haqqında planlarımız hazır idi. Keçirilən təlimlərdən sonra tam əmin oldum ki, “AMAL” sayəsində nəzərimdə tutduğum biznesimi quraraq uğurlu xanım fermer ola bilərəm və bu yolda bu layihənin bizə tam dəstək verəcəyinə inanıram. Çünki elə bu layihənin əsas məqsədi biz aqrar sahəyə marağı olan gəncələrin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək olmaqla qeyd olunan sahəyə marağını daha da artırmaqdır.

AMAL Səfiri ol!