Bloq

Dürrə Hacıyeva

Həmişə öz şəxsi biznesimi qurmaq və inkişaf etdirmək barədə fikirləşmişəm. Ancaq bunu hansı yolla edə biləcəyimi bilmirdim və bu biznesi hansı sahədə quracağım haqqında hələ tam təsəvvürlərim formalaşmamışdı. Sonra AMAL layihəsi haqqında eşitdim və ətraflı məlumat əldə etdim. Bu layihə kənd yerlərində yaşayan, aqrar sahəyə marağı olan gənclərə öz bizneslərini qurmaq üçün istiqamət verir, onlara dəstək göstərir. Biznesimi məhz aqrar sahədə qura biləcəyim barəsində heç fikirləşməmişdim, ancaq layihənin məqsədi və gəncələrə yaradılan bu imkanlar haqqında öyrəndikdən sonra məndə aqrar sahəyə maraq yarandı və fikirləşdim ki, öz biznesimi elə kənd təsərrüfatı sahəsində qura bilərəm. Bu məqsədlə AMAL-a müraciət etdim və çoxlu gənc arasından seçilərək təlimlərə qatıldım. Bu təlimlərdə biz gənclərə öz biznes ideyamızı tam formalaşdırmaq, onu hansı yolla inkişaf etdirmək, biznes planımızı necə qurmaq və ümumilikdə biznesi qurmağa dair digər mövzularda dərslər keçirildi və seçdiyimiz biznes ideyasına uyğun istiqamət verildi. Bu təlimlərdən sonra artıq əmin oldum ki, məhz aqrar sahədə öz biznesimi qura bilərəm. Seçdiyim biznes sahəsi maldarlıqdır və inanıram ki, AMAL sayəsində bu biznesi qurub, uğurlu xanım fermer olacam. İndi biz gənc AMAL-çıların üstünə düşən vəzifə bu layihənin bizə verdiyi yüksək imkanlardan maksimum istifadə etməklə təlimlərdə öyrəndiyimiz bilikləri praktiki olaraq tətbiq edərək seçdiyimiz biznes növünü qurmaq və uğurla inkişaf etdirməkdir.

AMAL Səfiri ol!