Yüklənir ...

AMAL Akademiyası Yay Məktəbi

 

AMAL Akademiyası Yay Məktəbi

AMAL Akademiyası çərçivəsində Azərbaycanda ilk dəfə aqrar sahə üzrə bilik və bacarıqların artırılması məqsədi ilə yay məktəbi təşkil olunur.

AMAL Akademiyasının Yay Məktəbində 18-35 yaşlarında gənc fermerlər və aqrar sahəyə maraq göstərən gənclər iştirak edə bilər.

7 gün davam edəcək AMAL məktəbində kənd təsərrüfatının müxtəlif sahələrində ixtisaslaşmış ekspertlər tərəfindən 20 saatı əhatə edən nəzəri dərslər (mühazirə, interaktiv seminar) keçiriləcəkdir.

Yay Məktəbində bundan əlavə, aqrobiznes anlayışı, öz biznesini qurmağın yolları, marketinq və digər mövzularda da təlimlər aparılacaq.

Gənclərin aqrar sahədə nəzəri bilikləri ilə yanaşı, bacarıqların artırılması üçün seçilmiş kənd təsərrüfatlarında və ya fermalarda, istehsal və istehlak müəssisələrində prosesin canlı izlənməsi üçün praktiki dərslər nəzərdə tutulub.

       Ərazi müxtəlifliyini qorumaq məqsədi ilə Yay Məktəbi Azərbaycanın fərqli regionlarında keçiriləcəkdir.

 




ƏRİZƏ FORMASI

ŞƏXSİ MƏLUMATLAR

AMAL Səfiri ol!