Yüklənir ...

Proqramlar

 

                                                                                              PİLOT LAYİHƏLƏR         

     

Lənkəran rayonu, “Sitrus meyvəçiliyi üzrə ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi”

 

  • Pilot layihəsinin məqsədi

Aqrar sektorda sitrus meyvəçiliyinin daha geniş yayılması üçün ailə-təsərrüfatlarının genişləndirmək və kiçik-orta sahibkarlığın ehtiyacına uyğun dəstək verməkdir.

 

  • Layihənin gözlənilən nəticələri
  • Sitrus meyvəçiliyi sahəsində innovativ təcrübə və texnologiyanın tətbiqi ilə 50 hektarda ailə-fermer təsərrüfatı yaratmaq;
  • 100 hektar mövcud sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatını yaxşılaşdırmaq;
  • Lənkəran bölgəsində sitrus meyvəçiliyi ilə məşğul olan təsərrüfatçılar arasında könüllülük əsasında kooperasiyanı təşviq etmək;
  • 500-dən artıq fermerin bilik və bacarıqlarını artırılmaq;
  • Lənkəran rayonunda 50 hektar sitrus meyvəçiliyi sahəsi üzrə daimi və mövsümi iş yerlərini yaratmaq (bağ, texniki dəstək), habelə ölkənin kənd təsərrüfatının ixrac potensialını artırmaq.

 

Şamaxı rayonu, “Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi”

 

  • Pilot layihənin məqsədi

Aqrar sektorda üzümçülüyün daha geniş yayılması üçün ailə təsərrüfatlarını genişləndirmək və kiçik-orta sahibkarlığın ehtiyacına uyğun olaraq dəstək verməkdir.

 

  • Pilot layihənin gözlənilən nəticələri
  • Üzümçülük sahəsi ilə bağlı innovativ təcrübə əsasında 25 hektardan ibarət ailə-fermer təsərrüfatı yaratmaq (AMAL-çılardan ibarət kooperativ qruplar təşkil edərək);
  • 30 hektar mövcud üzümçülük sahəsinə aqro-texniki dəstək göstərmək;
  • Üzümçülük sahəsində institusional inkişafa dəstək göstərmək (bələdiyyə mülkiyyəti əsasında avadanlıqdan birgə istifadə); 
  • 100-dən artıq fermerin bilik və bacarıqlarını artırmaq; 
  • Ölkənin kənd təsərrüfatında hazır məhsulun ixrac olunmasına əlavə təkan verilməsi məqsədilə Şamaxı rayonunda 55 hektar üzümçülük sahəsi üzrə daimi və mövsümi iş yerləri yaratmaq (bağ, texniki dəstək).
  • Üzümçülük sahəsinə innovatik kredit xəttini təqdim etmək

 

 

Şəki rayonu, “Tütünçülük təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi”

 

  • Pilot layihənin məqsədi

Aqrar sektorda tütünçülük sahəsində ailə-təsərrüfatlarının maddi-texniki bazasına dəstək vermək və emal prosesində innovativ üsullar tətbiq etməkdir.

 

  • Pilot layihənin gözlənilən nəticələri
  • Tütünçülük sahəsində ailə-fermer təsərrüfatları üçün infrastruktur təminatını yaxşılaşdırmaq;
  • Tütün emalında innovativ texnologiyanın tətbiq olunması ilə idxalın azaldılmasını dəstəkləmək (Virginia və Berley növləri üzrə);
  • Tütünçülük sahəsində institusional inkişafı dəstəkləmək (bələdiyyə mülkiyyəti əsasında avadanlıqdan birgə istifadə); 
  • 100-dən artıq ailə-fermer təsərrüfatlarını idarə edən fermerlərin bilik və bacarıqlarını artırmaq;
  • Tütünçülük sahəsinə innovatik kredit xəttini təqdim etmək.

 

Masallı rayonu, “Çay tingçiliyinin və yeni çay plantasiyasının salınması məqsədilə müasir ailə təsərrüfatlarının yaradılması

 

  • Pilot layihəsinin məqsədi

Cənub regionunda çay tingliyinin yaratmaq və yeni çay plantasiyalarının salınması üçün respublikada çayçılıq sahəsində istehsalın müasir texnologiyalar əsasında həyata keçirmək, məhsullarının marketinqi üzrə nümunələr yaratmaqdır.

 

  • Layihənin gözlənilən nəticələri
  • Çayçılıq sahəsi ilə bağlı innovativ təcrübələr əsasında  3 hektar sahədə 1 çay tingçiliyi və 15 hektar sahədə  çayçılıq təsərrüfatı yaratmaq;
  • Tingçilik və çayçılıq təsərrüfatlarında birləşmiş 100-ə yaxın fermerin çay istehsalı üzrə bilik və bacarıqlarını artırmaq;
  • Ölkə daxilində çay tinglərinə olan tələbatı yerli istehsal hesabına ödəmək;
  • Çayçılıq sahəsində institusional inkişafı (kooperativlər  əsasında fəaliyyət göstərən subyektlərin) gücləndirmək; 
  • 100-dən artıq fermerin layihədən birbaşa faydalanmasını təmin etmək.
  • Yeni salınmış 15 hektar çay plantasiyasının innovativ becərmə texnologiyaları ilə becərilməsini təmin etmək üçün təsərrüfat sahiblərinin innovativ kreditlə təmin etmək.
  • Layihənin icrası nəticəsində Masallı rayonunda 1000-ə yaxın iş yerləri yaratmaq (çay tingliyi, çay plantasiyaları, texniki dəstək, emal, satış və logistika), habelə ölkənin kənd təsərrüfatında hazır məhsulun ixrac olunmasına əlavə təkan verməkdir.

 




AMAL Səfiri ol!