Yüklənir ...

Gənc fermerlər proqramı

Seçilmiş pilot rayonlarda AMAL-ın həyata keçirdiyi Gənc Fermerlər Proqramının layihələndirilməsi və həyata keçirməsi yolu ilə aqrar sahədə 100 ən yaxşı layihə seçilməklə kənd gənclərinin fərdi biznes və sahibkarlıq imkanları artırılacaqdır. Bölgələrdə Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramının hazırlanması və həyata keçirilməsi vasitəsilə kənd yerlərində gənclərin məşğulluq strategiyalarının müxtəlif texniki aspektlərini yaxşılaşdıran və tətbiq etmək üçün zəruri bacarıqların inkişaf etdirilməsinə dəstək verən proqramdır.

Gənc Fermerlər Proqramı gənclərin layiqli məşğulluğunun təmin edilməsi üçün ətraf mühitin qorunub saxlanmasına kömək edən və iş yerlərinin kənd təsərrüfatının inkişafı strategiyalarına daxil edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsinə töhfə verən proqramdır.

MƏQSƏDLƏR

1. Kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək vermək

2. Gənc fermerlərin formalaşmasına dəstək vermək və onların gələcəyin innovativ fermerlərinə çevrilməsi üçün baza yaratmaq

3. Aqrar sahədə yeni müasir metod, texnologiya və tətbiqlərin istifadəsi üzrə fermerlərin innovativ vərdişlərini aşılamaq

4. Təbii resurslara qənaət edən və ətraf mühitə ziyan verməyən ekoloji təmiz və sağlam istehsala başlamaq

5. İnnovativ metodların tətbiqi ilə yetişdirilən rəqabətli kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq

6. Gənc fermerləri dünyadakı aqrar trendlər nəzərə alınmaqla maarifləndirmək və innovativ çağırışlara uyğunlaşmaq üzrə müasir tələblərə uyğun vərdişlər formalaşdırmaq

7. Aqrar məşğulluğun artırılması vasitəsi ilə kənd yerlərində infrastrukturun yaxşılaşdırılması

8. Kəndlərdə yaşayan əhalinin, xüsusən gənclərin rifahının və yaşayış səviyyəsinin yaxşılaşdırılması

İCRA MƏRHƏLƏLƏRİ

Ərizə qəbulu və təhlili

- Tələblərə uyğun www.amal.gov.az saytında müraciət formalarının doldurulması

- Seçilmiş 428 iştirakçı namizədin təlim mərhələsinə qəbulu

Təlim

Biznes ideyalarının formalaşması - 428 gənc fermer

Sahə təlimləri - 100 nəfər seçilmiş gənc fermer

Biznes plan təlimləri - 100 nəfər seçilmiş gənc fermer

Resursların müəyyən edilməsi və ayrılması

- Mikro kreditlər

- Lizinq

- İnnovativ həll və texnologiyaların tətbiqi

- İnformasiya və məsləhət xidməti

- İstehsal edilən məhsulların ABAD vasitəsi ilə satış imkanı

- Azərbaycan Aqrar Ticarət şirkətinin vasitəsi ilə satış

Təlim prosesi

Peşəkar mütəxəsislər

- Gənclərin biznes ideyalarının formalaşdırılmasına, ideyaların reallaşdırılması üçün zəruri olan bilik və bacarıqlar aşılanacaq

Qiymətləndirmə

- Təlim-tədris prosesinin nəticələrinə görə 428 gəncdən 100 ən müvəffəqiyyətli iştirakçı layihənin 2-ci və 3-cü mərhələsinə buraxılacaq

Özəl layihə profilləri

- Layihələrin xüsusiyyətinə uyğun olaraq müvafiq təlimçilər cəlb olunacaq və gələcək üçün təmənnasız özəl məsləhətçilər təhkim olunacaq

Ekspertlər

- Rəqəmsal bilik və vərdişlərin aşılanması üzrə ekspertlər cəlb olunacaq və uğurlu startapların təcrübəsinin istifadəsi üçün imkan yaradılacaq

Aqrar xüsusiyyətlər

- Biznes ideyalarının formalaşdığı sahələr üzrə aqrar mütəxəssislər tərəfindən spesifik təlimlər keçiriləcək

Sahə peşəkarları

- Biznes ideyalarının formalaşdığı sahələr üzrə aqrar mütəxəssislər tərəfindən spesifik təlimlər keçiriləcək

Layihə icrası

- KTN-də yaradılan Layihənin İdarəetmə Qrupu tərəfindən gənc fermerlərin fəaliyyətinin koordinasiya edilməsi

Monitorinq

- KTN və beynəlxalq təşkilat nümayəndələri tərəfindən monitorinq

- Müvafiq məlumat bazasının yaradılması

- Müsbət və mənfi təcrübənin araşdırılması

Məlumat bazası

- Sahə üzrə müvafiq məlumat bazası formalaşacaq

Təcrübənin istifadəsi

- Monitorinqin nəticələri növbəti illərdə layihənin davamı prosesində istifadə olunacaqdır.

Monitorinq nəticəsində dəstək olunan layihələrin icra prosesində müəyyən dəyişikliklərin edilməsi və ya ayrılan dəstəyin təyinatı üzrə istifadə olunmaması aşkar edildikdə:

- həmin gənc fermerlər layihədən kənarlaşdırılır

- müvafiq dəstək mexanizmindən məhrum edilir

- növbəti 3 il ərzində bu layihənin benefisiarı qismində iştirak edilməməsi haqqında qərar verilə bilər

Gözlənilən nəticələr

Yaşıl texnologiyalar

- Yaşıl texnologiya və yaşıl dəyər zəncirinə diqqət yetirməklə Gənc Fermerlər Proqramının hazırlaması və həyata keçirilməsi yolu ilə 100 kənd gəncinin fərdi biznes və sahibkarlıq imkanlarının genişləndirilməsi

Prestij

- Kənd Gənclərinin Layiqli Məşğulluğunun təmin edilməsi üçün ətraf mühitin qorunub saxlanmasına kömək edən kənd təsərrüfatı və iş yerlərinin kənd təsərrüfatının inkişafı strategiyalarına daxil edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi

Potensialın gücləndirilməsi

- Yaşıl texnologiyadan istifadə etməklə Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramının hazırlanması və həyata keçirilməsi vasitəsilə kənd yerlərində gənclə-rin məşğulluq strategiyalarının müxtəlif texniki aspektlərini yaxşılaşdırmaq və tətbiq etmək üçün zəruri bacarıqların yaradılması

AMAL Səfiri ol!